ABŞ müdaxilədən çox əvvəl Putinin planlarından xəbərdar olub
Vudvord, həmçinin kəşfiyyat orqanlarının Putinin Ukrayna ilə müharibədə 2022-ci ilin sentyabrında taktiki nüvə silahından istifadə etməyi düşündüyünü bildirdiyi təfərrüatları bölüşür. Jurnalistin kitabda istinad etdiyi kəşfiyyat qiymətləndirməsinə görə, Rusiya qoşunlarının Ukrayna qüvvələri tərəfindən mühasirəyə alınacağı təqdirdə, rus diktatorunun nüvə silahından istifadə edə bilməsi ehtimalı 5%-dən 50%-ə yüksəlib.
“2022-ci il oktyabrın əvvəlində Bayden media maqnatı Rupert Merdokun oğlu Ceyms Merdokun evində özəl bir ianə toplayana dedi ki, Kennedi və Kuba raket böhranından bəri Armageddon perspektivi ilə qarşılaşmamışdıq”, - Bob Vudvord yazıb.
Jurnalist, habelə Pentaqonun rəhbəri Lloyd Ostinin Rusiyanın o vaxtkı Müdafiə naziri Sergey Şoyqu ilə danışıqlarını da təsvir edir. Onda Ostin Rusiyanın nüvə silahına əl atacağı halda, Vaşinqtonun Ukraynaya qoyduğu bütün məhdudiyyətlərə yenidən baxacağı barədə xəbərdarlıq edib.
ABŞ prezidenti Co Bayden, öz növbəsində, Çin lideri Si Cinpini nüvə silahından istifadə olunmasına qarşı çıxmağa çağırıb. Vudvordun fikrincə, Çin liderinin cavabı, eləcə də Rusiyanın Ukraynada fəlakətli irəliləyişinin olmaması nüvə hücumu təhlükəsini azaltmaq üçün kifayət edib.
Xatırladaq ki, Bob Vudvord 2018-ci ilin sentyabrında işıq üzü görmüş “Qorxu. Tramp Ağ Evdə” adlı qalmaqallı əsərin müəllifidir. O, həmçinin 1972-1974-cü illərdə Karl Bernşteynlə birlikdə “Uoterqeyt qalmaqalı”nın işıqlandırılmasında fəal iştirak edib.
Sahil İsgəndərov
AzVision.az