Bakı “Əmək Şöhrəti Şəhəri” adına layiq görülən ilk şəhər ola bilər

   Bakı “Əmək Şöhrəti Şəhəri” adına layiq görülən ilk şəhər ola bilər
  08 Oktyabr 2024    Oxunub:575
Bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, MDB-də “Əmək Şöhrəti Şəhəri” adına ilk olaraq Bakı, Daşkənd və digər paytaxtlar layiq görülə bilər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitində Birlik məkanında “Əmək Şöhrəti Şəhəri” adının təsis edilməsini təklif edib.

Rusiya Federasiyasının prezidenti qeyd edib ki, bu, Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasında əməyi olan xalqların kollektiv şücaətinin tanınması və hörmət rəmzinə çevriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti