"Misli"dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalandı

"Misli"dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalandı
  08 Oktyabr 2024    Oxunub:1171
Azərbaycan Voleybol Federasiyası (AVF) ilə “Azərlotereya” ASC-nin “Misli” brendi arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb. İmzalanma mərasimində AVF-nin prezidenti Şahin Bağırov, “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören, AVF, “Azərlotereya” ASC və voleybol klublarının rəsmiləri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış edərək Azərbaycan voleybolunun hər zaman ölkəmiz üçün qürur mənbəyi olduğunu və “Misli” kimi güvənli tərəfdaşla əməkdaşlığın voleybolumuzun inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Daha sonra “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören çıxış edərək voleybol idmanının ölkədəki mövqeyini və idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib. Əməkdaşlığı Azərbaycan voleybolunun inkişafında yeni bir mərhələnin başlanğıcı olaraq dəyərləndirib.

Sonda tərəflər müqaviləyə imza atıblar. Müqaviləni AVF-nin İctimai Birliyinin vitse-prezidenti Bəhruz Quliyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.

Mərasim iştirakçıları bu əməkdaşlığın hər iki tərəf üçün də uğurlu olmasını və voleybolçularımıza gələcək oyunlarda böyük nailiyyətlər diləyiblər.

AzVision.az

Qalereya




Teqlər: Azərlotoreya   AVF  





Xəbər lenti