“ASAN xidmət” təcrübəsi Rumıniyada

“ASAN xidmət” təcrübəsi Rumıniyada
  08 Oktyabr 2024    Oxunub:807
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Hökumətinin baş katibi Mirçea Abrudeanın dəvəti əsasında Buxarest şəhərinə səfər edib.
Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rumıniya Hökumətinin Baş Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqini, eləcə də "ASAN xidmət" mərkəzlərində təcrübələrin təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Rumıniya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Rumıniya Avropa İttifaqının üzvü və ölkəmizin strateji tərəfdaşıdır. Xatırladaq ki, Dövlət Agentliyi “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilələr imzalayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti