Sahildən 205 kq narkotik aşkarlanıb, 3 nəfər saxlanılıb - FOTO - VİDEO

 Sahildən 205 kq narkotik aşkarlanıb, 3 nəfər saxlanılıb -  FOTO - VİDEO
  08 Oktyabr 2024    Oxunub:467
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzVision.az -a verilən xəbərə görə, oktyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.



Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qrammüxtəlif çeşitli narkotik vasitə və 13110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb.



Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 (üç) nəfər Azərbaycan Respublikası vətəndaşı sahilboyu ərazidə saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.







AzVision.az



Teqlər:





Xəbər lenti