İsrail ordusu "Hizbullah"ın qərargah komandirini öldürüb

İsrail ordusu "Hizbullah"ın qərargah komandirini öldürüb
  08 Oktyabr 2024    Oxunub:397
İsrail ordusu (TSAXAL)Livanda "Hizbullah" qərargahının komandiri, hərəkatın bölmələri arasında silah paylanmasına cavabdeh olan Süheyl Hüseyn Hüseynini məhv edib.
Bu barədə TSAXAL məlumat yayıb.

"Dünən İsrail Hərbi Hava Qüvvələri Beyrut bölgəsinə dəqiq, kəşfiyyat məlumatlarına əsaslanan zərbə endirərək, terror təşkilatı "Hizbullah"ın qərargah komandiri Süheyl Hüseyn Hüseynini öldürüb.Qərargah "Hizbullah" daxilində logistikaya nəzarət edir və təşkilatın müxtəlif bölmələrin büdcəsinin tərtibinə, onların nidarə olunmasına məsuliyyət daşıyır",- məlumatda qeyd edilib.

Bildirilib ki, Hüseyni nəinki "Hizbullah" bölmələri arasında qabaqcıl silahların paylanmasına cavabdeh olub, İranın hərəkata silah ötürməsində də əsas rol oynayıb. Bundna başqa, qərargah komandiri hərəkatın hərbi planlarının hazırlanmasında və digər xüsusi əməliyyatlarda iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti