Narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb

Narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb
  08 Oktyabr 2024    Oxunub:433
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramil Nuriyev və tanışı Murad Həmzəyev saxlanılıblar.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, onlardan 15 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Həmin şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı vasitəsi ilə maddi maraq qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti