Asiya İnkişaf Bankı ilə əməkdaşlıq müzakirə olunub

Asiya İnkişaf Bankı ilə əməkdaşlıq müzakirə olunub
  07 Oktyabr 2024    Oxunub:1224
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Direktorunun müavini xanım Şiahonq Yanqla görüşüb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, görüşdə Bankla əlaqələrin inkişaf etdiyi qeyd olunub, dövlət-özəl tərəfdaşlığı, ətraf mühit, rəqəmsal inkişaf, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasında Bankın iştirakı yüksək qiymətləndirilib.

Tərəflər tərəfdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşmə imkanları, eləcə də, COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti