Jurnalistlər Ursula fon der Lyayeni məhkəməyə veriblər

   Jurnalistlər Ursula fon der Lyayeni    məhkəməyə    veriblər
  07 Oktyabr 2024    Oxunub:456
Amerikanın “The New York Times” qəzeti Avropa Komissiyasına (AK) qarşı məhkəmə iddiası qaldırıb. Qəzetin əməkdaşları AK-nin rəhbəri Ursula fon der Lyayenin “Pfizer” anti-Covid peyvəndinin alınması üçün müqavilələr bağlayarkən pozuntulara yol verdiyini iddia edirlər.
Mənbələrə istinad edən “Financial Times” qəzeti yazır ki, iddiaya əsasən, AK-nin sədri Ursula fon der Lyayenin 2021-ci ildə Avropa ölkələrindən qabaqcadan icazə almadan “Pfizer” şirkətinin baş direktoru Albert Burla SMS yazışmaları vasitəsilə 35 milyard avroya 1,8 milyard doza dərman almağa dair razılaşmanı rəsmiləşdirib.

Daha sonra AK SMS vasitəsilə müqavilənin müzakirəsi faktını təsdiqləsə də, mesajların təsadüfən silindiyini əsas gətirərək onları dərc etməkdən boyun qaçırdı.
İndi məhkəməyə müraciət edən jurnalistlər yazışmaların olub-olmadığını, əgər varsa, həqiqətən də silinibsə, o zaman hansı səbəbdən baş verdiyini açıqlamağı tələb edirlər.

Fon der Lyayenin rəhbərliyi altında AK tərəfindən mümkün pozuntularla bağlı işə noyabrın 15-də adətən yüksək ictimai əhəmiyyət kəsb edən işlərin həvalə olunduğu 15 hakimdən ibarət palatada baxılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi AK-nin COVID-19 peyvəndlərinin alınması ilə bağlı müqavilələrə ictimaiyyətin kifayət qədər çıxışını təmin etmədiyi, həmçinin dərmanların yan təsirlərinə görə istehsalçı şirkətlərin hüquqi məsuliyyətini aradan qaldıraraq Aİ normalarını qismən pozduğu barədə qərar çıxarıb.

Məhkəmənin dəqiləşdirməsinə görə, söhbət 2020 və 2021-ci illərdə kliniki sınaqları gözləyən 3 milyard dozadan çox peyvəndin tədarükü üçün bağlanmış təxminən 2,7 milyard avro dəyərində müqavilələrdən gedir. Həmin müqavilələr isə AK-nin rəhbəri Ursula fon der Lyayennin AK rəhbərinin şəxsi nəzarəti altında bağlanıb.

Maraqlıdır ki, ötən ay irlandiyalı jurnalist Çey Bouz fon der Lyayeni Ukraynada kütləvi adam oğurluğunu və diktaturanı ört-basdır etməkdə günahlandırıb. Onun iddiasına görə, Avropanın “dəyərləri” məhz burada təzahür edir. Bundan əvvəl KİV-lər fon der AK-nin rəhbərini Aİ siyasətinə tam nəzarət etdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: AK   məhkəmə   peyvənd  





Xəbər lenti