Ehud Barak: "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər"

  Ehud Barak:  "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər"
  04 Oktyabr 2024    Oxunub:1344
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum həyata keçirə bilər".
“The Guardian”ın yaydığı məlumata görə, bu fikri İsrailin keçmiş baş naziri Ehud Barak deyib.

İsrail İranın nüvə obyektlərinə hücum edəcək?
Siyasətçi həmçinin ölkəsinin İranın neft sənayesinə qarşı irimiqyaslı hava hücumu təşkil edəcəyini də proqnozlaşdırır. Barak qeyd edib ki, rəsmi Təl-Əviv Tehranın son raket hücumuna reaksiya verəcəyinə şübhə etmir: "İsrail cavab vermək məcburiyyətindədir. Hətta bununla bağlı ölkənin imperativi var. Düşünürəm ki, Yer kürəsində heç bir suveren dövlət bu fəaliyyətə cavabsız yanaşmaz... İsrailin İrana kütləvi hərbi cavabı indi daha çox qaçılmaz olub".

Baraka görə, bu münaqişənin Yaxın Şərqdə genişmiqyaslı müharibələrə çevrilməsinin qarşısını almaq olar: "Çox güman ki, əvvəldən belə bir imkanlar var idi. Maraqlıdır ki, heç bir strateji ideya ilə izah edilə bilməyən səbəblərə görə Netanyahu hər hansı müzakirəni də rədd etdi".

Xatırladaq ki, bir neçə gün öncə Financial Times bu mövzuda maraqlı məqalə dərc etmişdi. Nəşr öz mənbələrinə istinadən yazıb ki, İsrail hazırda İranın nüvə obyektlərinə zərbə endirmək imkanlarını nəzərdən keçirmir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   İran   Münaqişə  





Xəbər lenti