Avropa Parlamentinin ziddiyyətli addımı Azərbaycanda sərt tənqidə səbəb olub

Avropa Parlamentinin ziddiyyətli addımı Azərbaycanda sərt tənqidə səbəb olub
  03 Oktyabr 2024    Oxunub:333
Avropa Parlamentinin ziddiyyətli addımı Azərbaycanda sərt tənqidə səbəb olub. Belə ki, Avropa Parlamentinin Fransadan olan üzvü Natali Luazo bu gün Brüsseldə keçirilən iclasda Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndə Heyəti sədrinin birinci müavini seçilib. Bu seçki Azərbaycanda mənfi qarşılanıb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Qaya Məmmədov məsələ ilə bağlı bildirib ki, bədnam azərbaycanofob Natali Luazo təkcə Azərbaycana deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ziyan vurmağı özünə həyat missiyası seçib.

Deputat qeyd edib ki, N.Luazo kimi ekstremist və irqçi baxışlara malik bir şəxsin həmin vəzifəyə seçilməsi tamamilə səhv və təxribat xarakterlidir. O, Avropa Parlamentini vəziyyəti düzəltmək üçün təcili addımlar atmağa çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti