“Qarabağ” “Malmö”yə məğlub oldu

“Qarabağ” “Malmö”yə məğlub oldu
  03 Oktyabr 2024    Oxunub:263
Təmsilçimiz “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.
AzVision.az Apasport.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Malmö”nü qəbul edib.

Komandamız matça aktiv başlayıb. Hesabı Olaviyo Juninyo açıb. Lakin qonaqlar oyunda dönüş yaratmağı bacarıb. 2 qol vuran Erik Botyem isveçlilərə qələbə qazandırıb.

“Qarabağ” ilk oyunda “Tottenhem”ə (0:3), “Malmö” isə “Reyncers”ə (Şotlandiya) uduzub (0:2).

AzVision.az



Teqlər:





Xəbər lenti