DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirib

DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirib
  03 Oktyabr 2024    Oxunub:329
Daxili İşlər Nazirliyi (DİN) və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib, “AKS-74” markalı avtomat silah götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Ağayev Qurban Fərhad oğluna məxsus 1 ədəd “AKS-74” markalı avtomat silah, 1 ədəd daraq və 3 ədəd güllə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti