SANA: "İsrail Dəməşqə zərbə endirib"

    SANA: "İsrail Dəməşqə zərbə endirib"
  03 Oktyabr 2024    Oxunub:335
İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığına aviazərbə endirdiyi bildirilir.
Bu barədə Suriyanın dövlət xəbər agentliyi ("SANA") məlumat yayıb. İddiaya əsasən, aviazərbə ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanıb.

"Rif Diməşq əyalətinin (paytaxtı əhatələyən əyalət - red.) qərb hissəsində, Livanla sərhədə yaxın ərazidə partlayış səsləri eşidilir", - agentlik vurğulayır.

İsrail tərəfi iddia ilə bağlı hər hansı şərh verməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   İsrail   aviazərbə  





Xəbər lenti