Əli Əsədov Minskdə Lukaşenko ilə görüşüb

   Əli Əsədov Minskdə Lukaşenko ilə görüşüb
  03 Oktyabr 2024    Oxunub:328
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub.

Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti