Aİ Yaxın Şərqdən qaçqın axınından qorxur - "Euractiv"

Aİ Yaxın Şərqdən qaçqın axınından qorxur    - "Euractiv"
  03 Oktyabr 2024    Oxunub:1006
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdə münaqişələrin kəskinləşməsi fonunda qaçqın axını təhlükəsini müzakirə ediblər.
Bu barədə "Euractiv" öz mənbələrinə istinadən məlumat yayıb.
"Aİ xarici işlər nazirləri bu həftə İsrailin Livanın cənubuna qurudan hücumu ilə bağlı narahatlıqlar fonunda bloka miqrant axınının mümkünlüyünü müzakirə ediblər", - məlumatda qeyd edilib.

Qeyd olunub ki, Livanda oktyabrın əvvəlində bir milyondan çox məcburi köçkün olub.
Qeyd edək ki, İsrail Silahlı Qüvvələri bu günlərdə Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının obyektlərini və infrastruktrunu sıradan çıxarmaq məqsədilə quru əməliyyatına başladığını bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti