Kempbell: “ABŞ əsas məqamı diqqətdən qaçırıb”

       Kempbell:     “ABŞ əsas məqamı diqqətdən qaçırıb”
  03 Oktyabr 2024    Oxunub:326
Vaşinqton Rusiya ilə Çin arasında münasibətlərin miqyasını və inkişaf perspektivlərini lazımi səviyyədə qiymətləndirməyib. Nəticədə biz Çin və Rusiya arasında həqiqətən çox dərin tərəfdaşlıq görürük.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət katibinin birinci müavini Kurt Kempbell Vaşinqtonda yerləşən Karnegi Fondunda keçirilən seminardakı çıxışında tarixdə Vaşinqtonun ikitərəfli münasibətləri bundan daha yanlış qiymətləndirməsi faktının olmadığını iddia edib.

Diplomat bildirb ki, Çinin “qlobal Qərbə” yaxınlaşacağını gözləyən Birləşmiş Ştatalar, əslində Pekinin Moskva ilə tədricən yaxınlaşması əlamətlərini nəzərdən qaçırıb.

“Son 10 ildə biz açıq şəkildə bir həqiqəti unutmuşuq ki, Çinin sədri Si Cinpinin iştirak etdiyi əsas layihə Rusiya ilə münasibətlərin köklü şəkildə dərinləşdirilməsidir və bu, hamının düşündüyündən qat-qat ciddidir. Bu, yəqin ki, müasir dövrdə qlobal səviyyədə ən nəhəng və mühüm ikitərəfli qarşılıqlı əlaqədir. Biz bunu nəzərə almalı və cavab verməliyik”, - Kurt Kempbell vurğulayıb.

ABŞ-nin Dövlət katibi Antoni Blinkenin birinci müavininin iddiasına görə, hazırkı Moskva-Pekin tərəfdaşlıqğı Rusiya hələ “əlverişsiz vəziyyətdə” olanda formalaşmağa başlayıb. Kurt Kempell, həmçinin Çinin Rusiyanın hərəkətlərini “əsaslı şəkildə dəstəkləməsindən” narahatlığını ifadə edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Çin  





Xəbər lenti