Rusiya Beyruta 33 ton humanitar yardım göndərdi - VİDEO

Rusiya Beyruta 33 ton humanitar yardım göndərdi    - VİDEO
  03 Oktyabr 2024    Oxunub:326
Rusiya Fövqəladə Hallar Nazirliyi Beyrut Beynəlxalq Hava Limanına humanitar yük göndərib. Bu barədə Rusiya mediası məlumat yayıb.
“İl-76 xüsusi təyyarəsi ərzaq, ilkin tələbat malları, dərman preparatları və mobil elektrik stansiyalarından ibarət ümumi çəkisi 33 ton olan humanitar yükləri Beyruta çatdırıb”, - nazirliyin məlumatında qeyd edilib.
İl-76 təyyarəsi Rafik Həriri hava limanına enib. Məlumata görə, humanitar əməliyyat Rusiya Federasiyası Prezidentinin göstərişinə və Fövqəladə Hallar Nazirliyinin rəhbərinin tapşırığına əsasən həyata keçirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti