Livan XİN: "Nəsrullah atəşkəslə razılaşmışdı" - VİDEO

      Livan XİN:    "Nəsrullah atəşkəslə razılaşmışdı" -  VİDEO
  03 Oktyabr 2024    Oxunub:1575
"Hizbullah"ın sabiq lideri Həsən Nəsrullah Beyrutun Zahiyə qəsəbəsində aviazərbə nəticəsində ölməzdən qabaq ABŞ və Fransanın irəli sürdüyü 21 günlük atəşkəs sazişinə razılıq verib".
Bu sözləri Livanın xarici işlər naziri Abdullah Bu-Həbib "CNN" telekanalının aparıcısı Kristian Amanpura müsahibəsində dilə gətirib.

"Atəşkəsə hökumətimiz də razılıq vermişdi, Nümayəndələr Məclisinin (parlament) sədri cənab Nəbih Bərri şəxsən "Hizbullah"la məsləhətləşmə aparmışdı. Bu barədə ABŞ və Fransanı da məlumatlandırmışdıq. Bizə demişdilər ki, İsrailin Baş naziri Benyamin Netanyahu da sazişə razıdır", - nazir vurğulayıb.

("Hizbullah" terror təşkilatının sabiq lideri Həsən Nəsrullah və Livan parlamentinin sədri Nəbih Bərri. Beyrut, 4 mart 2006-cı il)

Onun sözlərinə görə, hətta ABŞ Prezidenti Co Baydenin xüsusi müşaviri Emos Hokşteynin danışıqlar məqsədilə Livana səfəri gözlənilirdi.

(Livanın XİN rəhbəri Abdullah Bu-Həbib və Ağ Evin xüsusi müşaviri Emos Hokşteyn. Beyrut, 14 iyun 2022-ci il)

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib.
Lapid: "Tehrana cavabımız ağır olacaq"
Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Öz növbəsində, "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib ki, bu da Yaxın Şərqdə ümumi vəziyyəti daha da gərgin hala gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   İsrail   münaqişə  





Xəbər lenti