"Nəqliyyat sektorunda isalahatların genişləndirilməsi prioritet məsələlərdəndir" - Deputat |
Azərbaycan Dəmir Yollarında son dövrlər təmir-bərpa işləri çox zəif formada aparılıb. Heç bəzi istiqamətlərdə aparılmayıb. Lakin bu gün bu istiqamətdə çox böyük işlər görülür və bu da heç ucuz başa gəlmir. İnfrastrukturun qurulması, yenilənməsi, təhlükəsiz səfərlərin təşkili üçün belə bir addım atılıb. Aidiyyatı qurumun əsaslandırılması bu istiqamətdə oldu. Müəyyən işlərin görülməsinə də ehtiyac var idi.
Normal xidmət istəyiriksə, qiymətə də alışmalıyıq. Dəmiryolunda hərəkət digər ictimai nəqliyyat növlərindən yenə də ucuz başa gəlir. Ən əsası təhlükəsiz səyahətlər həyata keçirilir".
Həmidə İbrahimova
AzVision.az