Gürcü parlamentari AŞPA-nı Azərbaycanla bağlı dialoq prinsiplərinə riayət etməyə çağırıb

Gürcü parlamentari AŞPA-nı Azərbaycanla bağlı dialoq prinsiplərinə riayət etməyə çağırıb
  30 Sentyabr 2024    Oxunub:686
Bəzi avropalı anti-Azərbaycan deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində ölkəmizlə bağlı müzakirələrin aparılmasını istəyib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin sədri Givi Mikanadze buna etirazını bildirib.

“Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, hesab edirəm ki, bütün tərəflərin burada olması, iştirak etməsi və yeni seçilmiş parlamentlə birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etmək lazımdır. Ona görə də mən verilən təklifi şübhə altına almaq istərdim”, - deyən Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının üzvü, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze, AŞPA-nı dialoq prinsipinə riayət etməyə çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti