Koreyadan sonra Kanadada aviaqəza oldu - VİDEO

 Koreyadan sonra Kanadada aviaqəza oldu  - VİDEO
  29 Dekabr 2024    Oxunub:842
Kanadaya məxsus təyyarə Halifax hava limanına məcburi eniş edib.
Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, təyyarənin qanadı uçuş-enmə zolağına çırpılıb. İlkin məlumatlara görə, qəza enişinə səbəb şassadakı problem olub. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Xatırladaq ki, dekabrın 29-da Banqkokdan uçan Jeju Air şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi Cənubi Koreyanın Muan beynəlxalq hava limanında qəzaya uğrayıb. Təyyarədə 181 nəfər olub və cəmi 2 nəfər sağ qalıb.

Dekabrın 25-də isə AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəza   Təyyarə  





Xəbər lenti