Tbilisidə etirazçılar prezidentə qırmızı kart göstərirlər
"Bir neçə min insan parlamentin qarşısındakı meydanı tamamilə zəbt edərək, Rustaveli prospektini də bağlayıb. Onlar əllərində qırmızı vərəqə tutur və bununla da Gürcüstanın yeni prezidenti Mixail Kavelaşviliyə onun futbolla bağlı keçmişini xatırladırlar. Parlamentin qarşısında xeyli sayda polis əməkdaşları da var",- nəşr yazıb.
Xatırladaq ki, Mixail Kavelaşvili artıq Gürcüstan prezidenti vəzifəsinin icrasına başlayıb. Salome Zurabişvili isə prezident iqamətgahını tərk edib.
Yeni prezidentin bu gün saat 11:00-da keçirilən andiçmə mərasimindən əvvəl prezident iqamətgahının önündə müxalifətin tərəfdarları toplaşmağa başlayıblar. Etirazçılar son seçkilərin nəticələrini tanımır və yeni prezidenti qeyri-legitim hesab edirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər: