Koreya Prezidenti üçüncü dəfə dindirilməyə gəlmədi

Koreya Prezidenti üçüncü dəfə dindirilməyə gəlmədi
  29 Dekabr 2024    Oxunub:568
Koreya Respublikasının Prezidenti Yun Sok Yol üçüncü dəfə qiyam işi üzrə yüksək vəzifəli şəxslərə qarşı Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsində dindirilməyə gəlməyib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Görüş saat 10:00-a (Bakı vaxtı ilə 05:00) idarənin ofisində keçirilməli idi.

Çağırış vərəqəsi dekabrın 26-da sifarişli poçt və elektron poçtla prezidentin katibliyinə, onun administrasiyasının digər şöbələrinə və dövlət başçısının iqamətgahına göndərilib. Hüquqi təcrübəyə görə, üçüncü çağırış həbs qərarı üçün ərizə verməzdən əvvəl sonuncu çağırış sayılır.


AzVision.az


Teqlər:





Xəbər lenti