Mujenko: “Rusiya Ukraynanın yalnız ərazilərini zəbt etməyib”

   Mujenko:    “Rusiya Ukraynanın yalnız ərazilərini zəbt etməyib”
  29 Dekabr 2024    Oxunub:652
İndiki təmas xəttində müharibənin dondurulması Rusiyanın qələbəsi demək olacaq. Çünki bu yolla Moskva nəhayət ki, işğal edilmiş ərazilərdə mövcud olan böyük mineral ehtiyat yataqlarını özündə saxlayacaq.
AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) keçmiş Baş Komandanı, general Viktor Mujenko “Azadlıq Radiosu”na müsahibəsində belə deyib.

O, rusların təkcə qalmaq qərarına gələn insanların yaşadıqları ərazini deyil, həm də Ukraynanın gələcək inkişafı üçün lazım olan resurs bazasını ələ keçirdiklərini vurğulayıb.

- Donetsk, Luqansk, Zaporojye vilayətinin bir hissəsi və Xerson vilayəti ümumölkə ehtiyatları olan faydalı qazıntılar baxımından bütün resurs bazasının təxminən yarısıdır. Həmin ehtiyatlarla bağlı müxtəlif hesablamalar mövcuddur. Orada 20-25 trilyondan çox sərvət var. Onların yarısı hazırda işğal altında olan bu ərazilərdədir”, - Mujenko qeyd edib.

Onun fikrincə, müharibənin dondurulması ilə bu ehtiyatlar rusların əlinə keçərsə, bu, Rusiyanın qələbəsi deməkdir. Bu ssenari reallaşsa Rusiya hərbi əməliyyatlara çəkdiyi xərclərini dəfələrlə artıq ödəyəcək.

“1 trilyon dollar dəyərində mineral ehtiyatların mənimsənilməsi 20-30 il ərzində ÜDM-in 8-9 trilyon artımına imkan yaradır. Neçə ilə Ukraynanı inkişafdan məhrum edirik?! Bunun üçün mübarizə aparmalıyıqmı? Böyük hesabla, daha yaxşı həyat üçün”, - USQ-nin sabiq Baş Komnadanı ritorik sualla həmvətənlərinə müraciət edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   sərvətlər  





Xəbər lenti