İsrail Qəzzada quru əməliyyatına başladı

İsrail Qəzzada quru əməliyyatına başladı
  13 İyul 2014    Oxunub:927
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində 165 nəfər dünyasını dəyişib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi səlahiyyətlisinin açıqladığı son rəqəmlərə görə, ölənlərdən 33-ü uşaq, 16-ı isə qadın olub.

Yaralıların sayı isə 1085 nəfərə çatıb.

İsrailin Qəzza bölgəsində quru əməliyyatına rəsmən başladığı da bildirilir. Ötən gün İsrail prezidenti Şimon Peres “tezliklə” Qəzza zolağında yeriüstü əməliyyatında keçirilə biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiiyini elan edib.




Teqlər:





Xəbər lenti