Bakıda "Formula 1" final yarışının qalibləri mükafatlandırılıb

   Bakıda "Formula 1" final yarışının qalibləri mükafatlandırılıb
  15 Sentyabr 2024    Oxunub:1853
Bakıda "Formula 1" Azərbaycan Qran Prisi çərçivəsində "Formula 1" üzrə final yarışlarının qalibi mükafatlandırılıb.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell ("Mercedes") üçüncü olub.

AzVision.az


Teqlər:





Xəbər lenti