MSK Mustafa Hacılının müraciəti barədə qərar verib

MSK Mustafa Hacılının müraciəti barədə qərar verib
  13 Sentyabr 2024    Oxunub:811
8 saylı Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Mustafa Hacılının müraciətinə baxılıb.
Müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, müraciət Ekspert qrupunun üzvü tərəfindən araşdırılıb:

“Ərizəçi müraciətinə 16 akt və 1 ədəd elektron daşıyıcı əlavə edib. Dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq təkrar araşdırma aparılıb. Müşahidəçilərin əsasən səsvermə prosesini izləyə bilməmələri, 12 saylı seçki məntəqəsindən müşahidəçisinin məntəqədən uzaqlaşdırıldığı, sonra buraxıldığı iddia edilib.

Seçki günü dairə üzrə müşahidə aparan müşahidəçilərdən alınmış izahatlar və aktlar əsasında dairə seçki komissiyası belə qərara gəlib ki, müraciətdəki iddialar əsassızdır. Ərizəçi tərəfindən təqdim edilmiş elektron daşıyıcıda videogörüntülərin araşdırılması zamanı məlum olub ki, bunlar hər hansı hüquq pozuntusunu özündə ehtiva etmir. Yuxarıda göstərilənlərə əsasən, dairə seçki komissiyasının düzgün hüquqi nəticəyə gəldiyi müəyyən edilib. DSK-nın qərarı dəyişdirilmədən saxlanılmalıdır”. Təklif səsə qoyularaq qəbul edilib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti