Hərbi hissələrdə maarifləndirmə tədbirləri davam edir

Hərbi hissələrdə maarifləndirmə tədbirləri davam edir
  12 Sentyabr 2024    Oxunub:860
Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları N saylı hərbi hissənin şəxsi heyətinin hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbir keçirib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə müşaviri İsmayıl Əliyev, Tərtər hərbi prokuroru, ədliyyə polkovniki Emin Vəliyev, eləcə də digər şəxslər hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar ediblər. Ardınca şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti