Bərdədə 31 yaşlı kişi kanalda batıb

Bərdədə 31 yaşlı kişi kanalda batıb
  05 Sentyabr 2024    Oxunub:621
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

"Hazırda batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir"- deyə məlumatda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti