Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

   Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
  02 Sentyabr 2024    Oxunub:841
Sentyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Türkiyə Prezidenti bu seçkilərin Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra ölkəmizin bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəmi qeyd edib. Rəcəb Tayyib Ərdoğan seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı, Azərbaycanla Türkiyə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti və parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri qeyd olunub. Eyni zamanda, ölkəmizdə keçirilən bu seçkilərdə Türkiyə Böyük Millət Məclisinin parlamentlərarası dostluq qrupunun müşahidəçi qismində geniş tərkibdə iştirak etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti