MSK: 1,8 milyon seçici səs verib - YENİLƏNİB-2

  MSK:  1,8 milyon seçici səs verib -  YENİLƏNİB-2
  01 Sentyabr 2024    Oxunub:1992
Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 15:00-a olan məlumata görə, seçicilərin 29,49 faizinin (1 milyon 893 min 555) səs verdiyini bildirib.

***

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

Bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

İndiyədək seçicilərin 20,39 faizi (1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib. O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.

***

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair ilk rəsmi məlumat açıqlanıb.

AzVision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 10:00-a olan məlumata görə, seçicilərin 9.92 faizinin (636 min 842) səs verdiyini bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə isə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti