Hakan Yavuz: “Seçkilərin bütöv Azərbaycan ərazisində baş tutması bütün Türk dünyasını sevindirir”

   Hakan Yavuz:    “Seçkilərin bütöv Azərbaycan ərazisində baş tutması bütün Türk dünyasını sevindirir”
  30 Avqust 2024    Oxunub:573
“Cənubi Qafqazın lideri olan, qalib dövlət Azərbaycanında keçiriləcək parlament seçkisi Qarabağ və Şərqi Zəngəzuru da əhatə etməklə, Azərbaycanın qələbələrini beynəlxalq müstəvidə tanıdacaq. Bu parlament seçkilərinin ən böyük özəlliyi məhz işğaldan azad edilmiş əraziləri də əhatə etməsindədir. İlk dəfədir ki, o bölgədən olan insanlar da parlament seçkilərinə öz yurdlarında qatılacaqlar. Bu amil həmin bölgələrin artıq Azərbaycanın hüquqi nəzarətində olduğunu əyani şəkildə təsdiqləyir. Bu, Azərbaycan xalqı ilə yanaşı, bütün Türk dünyasını sevindirir”.
Bu fikirləri"Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında ABŞ Yuta Universitetinin professoru, politoloq Hakan Yavuz bildirib.

Hakan Yavuz bildirib ki, Azərbaycanda seçkilərin sağlam, ədalətli şəkildə keçirildiyi müşahidə olunur. Təbliğat kampaniyasında namizədlərin media vasitələrindən, internet resurslarından səmərəli yararlanması müsbət haldır.
AzVision.az



Teqlər:





Xəbər lenti