Azərbaycan səfiri Ruanda Prezidenti ilə görüşdü

Azərbaycan səfiri Ruanda Prezidenti ilə görüşdü
  30 Avqust 2024    Oxunub:852
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov etimadnaməsini Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təqdim edib.
Bu barədə AzVision.az -a Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təqdimat zamanı dövlətimizin başçısının salamları Pol Kaqameyə çatdırılıb və Ruanda Prezidenti də öz salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

AzVision.az



Teqlər:





Xəbər lenti