Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradılıb

   Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradılıb
  29 Avqust 2024    Oxunub:1028
Naxçıvan Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvanda avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradılıb və nizamnaməsi təsdiqlənib.
AzVision.az xəbər verir ki, agentlik Naxçıvanda avtomobil nəqliyyatı sahəsində tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirəcək.

Naxçıvan Nazirlər Kabineti agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiqləyəcək, həmçinin Ali Məclis sədrinin aktlarının həmin fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Ali Məclisinin sədrinə təqdim edəcək. Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə fərmandan irəli gələn digər məsələləri həll edəcək.

AzVision.az


Teqlər: Naxçıvan   avtomobil-nəqliyyatı   agentlik  





Xəbər lenti