Diaspor nümayəndəsi: “Bu seçkilərlə xalqımız yeni bir tarix yazır”

   Diaspor nümayəndəsi:    “Bu seçkilərlə xalqımız yeni bir tarix yazır”
  29 Avqust 2024    Oxunub:690
“Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər xaricdə yaşayan azərbaycanlıların da diqqət mərkəzindədir. Budəfəki seçki prosesi əvvəlkilərdən bir neçə vacib məqama görə fərqlənir. Biz 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş ölkə kimi parlament seçkiləri keçiririk. Fevral ayında prezident seçkilərini uğurla başa vurduq və bu seçki ilk dəfə olaraq ölkəmizin hər bir guşəsini əhatə etdi. İndi isə daha bir mühüm siyasi prosesə şahidlik edirik. Keçmiş məcburi köçkünlər ilk dəfə olaraq öz doğma torpaqlarında deputatlarını seçəcəklər”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Vətənsevər” Azərbaycan Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə deyib.

O, əmin olduğunu bildirib ki, xalqımız bu seçkilərdə daha çox fəallıq göstərəcək: “Müharibənin bitməsindən 4 il keçsə də, hər birimiz qələbə əhvalındayıq. Bu seçki qarabağlılar, şuşalılar, kəlbəcərlilər üçün xüsusi əhəmiyyət kəsb edir. Keçmiş məcburi köçkünlər hər zaman nəinki öz doğma yurdlarına qayıdacaqlarına, burada quruculuq-bərpa işləri ilə yanaşı seçki hüquqlarından da istifadə edəcəklərinə inanırdılar. Ümumilikdə bütün xalqımız 30 il ərzində bu inamla yaşadı. Böyükdən-kiçiyə hər kəs bu illər ərzində ümid edirdi ki, bir gün Xankəndidə seçki qutusuna öz seçdiyi şəxsin adını atacaq. Məncə, Milli Məclisə seçiləcək deputatların da məsuliyyəti əvvəlkilərdən daha çox olacaq. Biz tarix yazmaqda davam edirik. Yaxın illərdə Qarabağda daha çox ilklərə imza atacağıq”.
AzVision.az



Teqlər:





Xəbər lenti