Azərbaycan turizm imkanları Hindistanda sərgilənir

Azərbaycan turizm imkanları Hindistanda sərgilənir
  29 Avqust 2024    Oxunub:638
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesi nümayəndələri Hindistanın Nyu-Delhi şəhərində keçirilən “BLTM” (“Business+Leisure Travel and MICE”) sərgisində ilk dəfə iştirak edir.
Sərginin açılış mərasiminə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid də qatılıb.

Sərgidə ölkəmizi Turizm Bürosu ilə birgə “Şahdağ" Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 9 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.

Görüşlər zamanı Hindistanın turizm sənayesi nümayəndələri Azərbaycanda mövcud turizm məhsulları, mədəni irs, milli mətbəx nümunələri, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi, ekoturizm imkanları, eləcə də Hindistanın film və toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanın bu istiqamətdə təklif etdiyi məhsullar haqqında ətraflı məlumat təqdim olunur.

Həmçinin Hindistanın turizm üzrə aparıcı şirkətləri ilə keçirilən B2B görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 139 109 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151% artım təşkil edir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti