Su ehtiyatlarımızın azalma səbəbi açıqlanıb

 Su ehtiyatlarımızın azalma səbəbi açıqlanıb
  28 Avqust 2024    Oxunub:1086
Azərbaycanda son 7 ildə buzlaq sahələri orta hesabla 18 % azalıb.
AzVision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Onun sözlərinə görə, ötən 2 ilin göstəriciləri ilə müqayisədə 2023-cü ilin qar örtüyündə azalmalar müşahidə olunur: “Təkcə ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4,2 % azalma qeydə alınıb. Son illər apardığımız müşahidələrə əsasən, Kür çayı dənizə deyil, dəniz Kür çayına axır. Bu o deməkdir ki, Türkiyə ərazisində başlayan Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu zamanla su resurslarımızın azalmasına səbəb olacaq”.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə 10 su anbarı, 17 çayın olması şirin su ehtiyatlarımızı daha da əlçatan edir.

AzVision.az


Teqlər:





Xəbər lenti