Gülnarə Rəhimova: “Azərbaycanın seçki qanunvericiliyi mükəmməlliyi ilə seçilir”

   Gülnarə Rəhimova:    “Azərbaycanın seçki qanunvericiliyi mükəmməlliyi ilə seçilir”
  27 Avqust 2024    Oxunub:685
“Azərbaycan demokratik seçki ənənələri olan və hər seçkilərdə bu ənənələri daha da inkişaf etdirən ölkədir. Ölkəmizdəki seçkilər həmişə namizədlərə bərabər şəraitin yaradılması, seçici aktivliyi, səsvermə prosesinin şəffaflığı ilə fərqlənib. İndiki seçki prosesində də səsvermənin şəffaf keçirilməsi üçün lazım olan bütün addımları atılıb. Azərbaycanın seçki qanunvericiliyi mükəmməlliyi ilə seçilir. Hesab edirəm ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər də növbəti demokratiya nümunəsi olacaq”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Rusiya-Azərbaycan İşgüzar Qadınlar Şurasının prezidenti Gülnarə Rəhimova deyib.

G.Rəhimova qeyd edib ki, Azərbaycan qadınların seçki hüququnun təmin edilməsi ilə də daim diqqət mərkəzində olub: “Azərbaycanın seçki tarixinə baxdıqda, bir çox Qərb ölkəsindən öndə olduğunu görmək mümkündür. Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ bir əsr öncə verilib. Həmin vaxt nə ABŞ-da, nə də Avropanın bir çox ölkəsində qadınların belə hüququ yox idi. Müstəqilliyini bərpa edəndən sonra da Azərbaycanda qadın hüquqlarına xüsusi önəm verilib. Təsadüfi deyil ki, dövlət idarəçiliyində və qanunverici orqanda qadınların sayı getdikcə daha da çoxalır”.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti