ANAMA Laosla təcrübə mübadiləsi üzrə müzakirə aparıb

ANAMA Laosla təcrübə mübadiləsi üzrə müzakirə aparıb
  24 Avqust 2024    Oxunub:1009
Laos Xalq Demokratik Respublikasına səfər çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikasının iqamətgahı Hanoy şəhərində olmaqla, eyni zamanda Laos Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladovun Laosun Baş nazirinin müavini, xarici işlər naziri Saleumxay Kommasiz ilə görüşü təşkil edilib
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Laosun Mina və Partlamamış Hərbi Sursat Təhlükəsinə Qarşı Mübarizə üzrə Milli Tənzimləmə Qurumunun direktoru vəzifəsini icra edən Bounfenq Sisavats ilə görüş keçirib. Görüşdə Laosun Partlamamış Hərbi Sursatlar üzrə Milli Proqramının nümayəndələri də iştirak edib. Bu proqram həmin ölkənin Xarici İşlər Nazirliyinin tabeliyindədir.

Laos uzun illərdir partlamamış hərbi sursatlar təhlükəsi ilə üzləşən ölkələr sırasındadır. Görüşlərin keçirildiyi hər iki təşkilat bu sursatların təmizlənməsi üzrə zəngin təcrübəyə malikdir. Görüşlərdə bu sahədə də qarşılıqlı təcrübə mübadiləsi və əldə edilən nailiyyətlərin öyrənilməsinin əhəmiyyətinə toxunulub.

Görüşlərin məqsədi mina və partlamamış hərbi sursatların təhlükəsi ilə mübarizə istiqamətində beynəlxalq səylərin, qabaqcıl təcrübələrin araşdırılması, birgə təlim imkanlarının dəyərləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birbaşa və sıx əlaqələrin yaradılmasından ibarət olub.

Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərin partlayıcı qurğularla kütləvi çirklənmə miqyası, mövcud problemin aradan qaldırılması istiqamətində icra edilən genişmiqyaslı minatəmizləmə fəaliyyəti barədə məlumat verib. Beynəlxalq resursların cəlb olunmasının və tərəfdaşlığın əhəmiyyəti, eləcə də mina və partlamamış hərbi sursatların təhlükəsi ilə mübarizə istiqamətində təlim və təcrübə mübadiləsinin vacibliyi bildirilib.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti