ABŞ Kiyevə hərbi yardımın məzmununa düzəliş edə bilər

   ABŞ Kiyevə hərbi yardımın məzmununa düzəliş edə bilər
  24 Avqust 2024    Oxunub:745
Amerika administrasiyası Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu fonunda Kiyevə hərbi yardım paketlərinin məzmununa düzəliş etməyi müzakirə edir.
Bu barədə Amerika rəsmisinə istinadən “The Washington Post” məlumat yayıb. Nəşrin həmsöhbəti bildirib ki, ABŞ hakimiyyət orqanları iki həftədən bir göndərdikləri yardım paketlərinə daha çox zirehli texnikanın daxil edilməsi və ya sursat təchizatının artırılması ilə bağlı qapalı müzakirələr aparır.

Bununla belə, başqa bir mənbənin iddia etdiyi kimi, Vaşinqton hələ ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumun məqsədlərini tam başa düşmür və Kiyevin seçdiyi strategiyaya da əmin deyil. Nəşr həmçinin iddia edir ki, Ukraynanın Amerika yardımından asılılığı ABŞ və NATO-nun Rusiya ilə münasibətlərinin açıq şəkildə kəskinləşməsi qorxusunu yenidən alovlandırıb.


AzVision.az


Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti