Xidmət rəisi həbs edildi

Xidmət rəisi həbs edildi
  23 Avqust 2024    Oxunub:1092
Hərbi Hava Qüvvələrinin (HHQ) tabeliyindəki N saylı hərbi-hissənin yanacaq-sürtgü materialları xidmətinin rəisi həbs edilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti