Əhalinin 91 faizi Prezidentin idarəçiliyindən məmnundur - SORĞU

   Əhalinin 91 faizi Prezidentin idarəçiliyindən məmnundur -    SORĞU
  22 Avqust 2024    Oxunub:1146
Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faiz təşkil edir.
Bu, Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün yerli tərəfdaşı ilə birgə Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkətinin 15 iyul-15 avqust tarixləri arasında keçirdiyi seçkiöncəsi sorğunun nəticələrində öz əksini tapıb.

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 81 faizi Prezident İlham Əliyevin idarəçiliyini qətiyyətli şəkildə, 10 faizi müəyyən dərəcədə dəstəklədiyini, 5 faiz isə dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 4 faizi cavab verməkdə çətinlik çəkib.

AzVision.az


Teqlər:





Xəbər lenti