Ağdamlı müəllim: “Uzun illər sonra doğma Qarabağımızda seçkilərin keçirilməsindən çox sevinirəm”

   Ağdamlı müəllim:    “Uzun illər sonra doğma Qarabağımızda seçkilərin keçirilməsindən çox sevinirəm”
  21 Avqust 2024    Oxunub:1285
“2024-cü ildə keçirilən seçkilər cəmiyyətimiz üçün çox önəmlidir. İllər öncə biz müəllimlər dərs zamanı şagirdlərə vandalların dağıtdıqları dədə-baba torpaqlarımıza yenidən həyatın qayıdacağından danışırdıq. Bəlkə də o zaman çox az adam bu kimi arzularımızın yaxın illərdə real olacağına inanırdı. Artıq biz təhsil işçilərinin, ümumilikdə xalqımızın qurduğu xəyallar gerçək olub. İndi Qarabağ torpaqlarında nəinki bərpa işləri aparır, Böyük Qayıdış çərçivəsində yerli sakinlərin evlərinə dönməsi üçün hər cür şərait yaradırıq. Onlar ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Keçmiş məcburi köçkünlər sentyabrın 1-də seçkilərinə də fəal qatılacaqlar”
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ağdam rayonunun Paprəvənd kəndində anadan olan və hazırda müəllim işləyən İradə Əliyeva deyib.

İradə Əliyevə deputatların ilk dəfə Şuşada, Laçında, Xankəndidə və digər azad olunmuş ərazilərdə seçicilərinin səsini toplamalarını tarixi hadisə adlandırıb: “Biz artıq azad olunmuş torpaqlarda ilk seçkini keçirmişik. Fevral ayında bu tarixi hadisənin şahidi olduq. İndi isə daha bir tarixi prosesi müşahidə etmək və onun iştirakçısı olmaq mənə qürur hissi yaşadır. Ağdamda doğulan bir şəxs olaraq öz doğma Qarabağımıza uzun illər sonra demokratik seçkilərin qayıtmasından çox sevinirəm”.
AzVision.az



Teqlər:





Xəbər lenti