Rejissor: “Səsverməyə işğaldan azad olunmuş ərazilərdə qoşulacağam”
O, Azərbaycan xalqının işğaldan azad olunmuş ərazilərə xüsusi dəyər verdiyini vurğulayıb: “Qarabağ bizim üçün müqəddəs məkandır. Bu torpaqlara sözün həqiqi mənasında həyat qayıdıb. İnsanlar nəinki öz dədə-baba torpaqlarında yaşamağa başlayır, artıq burada seçki hüquqlarından da istifadə edirlər. Bu faktın özü bizi qürurlandırmaya bilməz. Mədəniyyət və incəsənət xadimləri arasında işğaldan azad olunmuş ərazilərdən olan xeyli sayda sənətçi var. Əminəm ki, onların da sevincinin həddi-hüdudu yoxdur. Hələlik doğma Cəbrayıla köç başlamadığı üçün cəbrayıllılar öz kənd və rayonlarında səs verə bilməyəcəklər. Amma Şuşa, Xankəndi, Laçın və digər ərazilərə qayıtmış vətəndaşlarımızın bu tarixi məqamlara şahidlik edəcəklərinə görə sevinirəm. Seçkilər günü Hadrutda film çəkilişində iştirak edəcəyik. Çox güman ki, biz də bu tarixi prosesə məhz işğaldan azad olunmuş ərazilərdə qoşulacağıq”.
AzVision.az