“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başa çatıb

   “YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başa çatıb
  19 Avqust 2024    Oxunub:1203
Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün təşkil olunan ‘’Ənənə” yay düşərgəsi başa çatıb. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı və “Bakcell”in baş sponsorluğu ilə keçirilib.
AzVision.az xəbər verir ki, 18-22 yaş aralığında 50 nəfərədək şəhid övladının qatıldığı düşərgənin əsas məqsədi vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev ilə görüş keçirilib.



“⁠Gamecraft Teambuilding” tərəfindən maraqlı komanda oyunları təşkil olunub.
Düşərgə boyu həmçinin yaddaqalan ekskursiyalar da gerçəkləşib. Azərbaycanın ən gözəl təbiət muzeyi sayılan Göygöl və Maralgöl ziyarət olunub, ardınca yeraltı şəhərə, keçmiş Alman Lüteran kilsəsinin binasında yerləşən Göygöl Tarix Diyarşünaslıq muzeyinə və Viktor Klaynın ev muzeyinə baş çəkilib.
Şəhid Aynur Poladovun oğlu Xəyal Poladovun və şəhid Azad Abbasovun qızı Zəhra Abbasovanın doğum günləri qeyd edilib.



Bağlanış mərasimindən sonra düşərgə iştirakçıları Bakıya qayıdıblar.

Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

Baş sponsor: Bakcell

Media dəstəyi: ASAN TV və ASAN Radio

Qalereya




Teqlər: YaşatFondu   Görüş  





Xəbər lenti