Düşərgə zamanı Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev ilə görüş keçirilib. “Gamecraft Teambuilding” tərəfindən maraqlı komanda oyunları təşkil olunub.
Düşərgə boyu, həmçinin yaddaqalan ekskursiyalar gerçəkləşib. Azərbaycanın ən gözəl təbiət muzeyi sayılan Göygöl və Maralgöl ziyarət olunub, ardınca yeraltı şəhərə, keçmiş Alman Lüteran kilsəsinin binasında yerləşən Göygöl Tarix Diyarşünaslıq muzeyinə və Viktor Klaynın ev-muzeyinə baş çəkilib.
Şəhid Aynur Poladovun oğlu Xəyal Poladovun və şəhid Azad Abbasovun qızı Zəhra Abbasovanın doğum günləri qeyd edilib. Bağlanış mərasimindən sonra düşərgə iştirakçıları Bakıya qayıdıblar.
Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir. Düşərgənin baş sponsoru “Bakcell”, media dəstəyi ASAN TV və ASAN Radiodur.
AzVision.az