Deputatlığa namizədlər hansı halda cərimələnə bilər?

Deputatlığa namizədlər hansı halda cərimələnə bilər?
  19 Avqust 2024    Oxunub:878
Azərbaycanda sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Avqustun 9-dan etibarən isə seçkiqabağı təşviqat kampaniyasına başlanılıb və təşviqat üçün hər dairə üzrə qapalı və açıq məkan olmaqla 5509 ünvan müəyyənləşdirilib. Bu proses avqustun 31-i saat 8:00-da başa çatacaq.
Hazırda deputatlığa namizədliyi qeyd alınmış şəxslər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən təşviqat kampaniyası həyata keçirilir.

Maraqlıdır, seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulmasına görə qanunvericilikdə hansı cərimələr nəzərdə tutulub?

“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, Seçki Məcəlləsinin 164.1-ci bəndinə əsasən, seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılmasının Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə edilir.

Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş televiziya və radio yayımçılarının proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə - vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 450 manatadək məbləğdə cərimə olunur.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti