Prezident Laçında həlak olan mayor və əsgəri təltif edib

   Prezident Laçında həlak olan mayor və əsgəri təltif edib
  17 Avqust 2024    Oxunub:1109
Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

AzVision.az


Teqlər:





Xəbər lenti