Toyda 55 nəfər zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB

 Toyda 55 nəfər zəhərlənib, araşdırma aparılır -  YENİLƏNİB
  16 Avqust 2024    Oxunub:1473
Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub", - deyə məlumatda qeyd edilib.

***

Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.

İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti